9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirik!
Müstəqilliyimizin, milli kimliyimizin və sarsılmaz birliyimizin ən ali rəmzi olan üçrəngli bayrağımız bu gün suveren Azərbaycanın hər bir guşəsində, işğaldan azad edilmiş doğma torpaqlarımızda qürurla dalğalanır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yenidən dövlət rəmzinə çevrilən bu müqəddəs bayraq, Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun şücaəti sayəsində artıq Zəfər rəmzidir.
Mavi, qırmızı və yaşıl zolaqları ilə tariximizi, müasirliyimizi və mənəviyyatımızı təcəssüm etdirən, ay-ulduzu ilə yolumuzu işıqlandıran bayrağımızın kölgəsində hər zaman qürurla, əmin-amanlıqla və bütöv bir xalq olaraq yaşamağı arzu edirik.
Bayramınız mübarək! Qədim və uca bayrağımız hər zaman zirvələrdə dalğalansın!
Rasafil Bayramov
Atatv.az, Azadtv.az və İctimai Xəbər Agentliyinin təsisçi və baş direktoru.