Şəhərsalma və memarlıq ölkənin inkişafında mühüm rol oynayır. Şəhərlərin düzgün planlaşdırılması, müasir və təhlükəsiz binaların tikilməsi, yaşıllıqların qorunması insanların rahat və sağlam həyatını təmin edir. Şəhərsalma və Memarlıq İli bu sahənin əhəmiyyətinin təbliği ilə yanaşı, məktəb tədrisində də mühüm mövzu kimi istifadə oluna bilər. Coğrafiya dərslərində şəhərlərin planlaşdırılması və əhali məskunlaşması, tarix dərslərində qədim şəhərlər və memarlıq abidələri, təsviri incəsənət və texnologiya dərslərində isə memarlıq nümunələri və maketlərin hazırlanması öyrədilə bilər. Belə dərslər şagirdlərin dünyagörüşünü genişləndirir, onlarda tarixi-mədəni irsə, şəhər mühitinə və təbiətə məsuliyyətli münasibət formalaşdırır. Gənc nəslin şəhərsalma və memarlıq haqqında maarifləndirilməsi gələcəkdə şəhərlərimizin qorunmasına və inkişafına öz töhfəsini verəcəkdir.
Müəllif: Zöhrə Səmədova
Ata tv.az saytının direktor müavini